XİN: "Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 376-ya yüksəlib"
Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi xəbər paylaşıb.
Qeyd olunub ki, bu gün biri Azərbaycan Dövlət Sərhəd Xidmətinin, digərləri Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmaqla 4 nəfər mina partlaması nəticəsində xəsarət alıb.
"2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub. Mina qurbanlarının sayının artması bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlərinin görülməsinin zəruriliyini vurğulayırıq", - məlumatda vurğulanıb.
KARUSEL / GÜNDƏM
Tarix: 2-08-2024, 17:30