"Zəruri olmadığı təqdirdə Fələstinə və İsrailə səfər etməmək tövsiyə olunur" - XİN
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Fələstinə və İsrailə səfər etməməyə çağırıb.
Bu barədə XİN məlumat yayıb.
"Fələstin və İsrail dövlətlərinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə bu ölkələrə səfər etməmələri tövsiyə olunur. Hazırda Fələstində və İsraildə yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir".
KARUSEL / SİYASƏT
Tarix: 5-08-2024, 17:00