Banqladeşdə parlament buraxılıb
Banqladeş prezidenti Mohammad Şahabuddin Çuppu parlamenti buraxıb.
Bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.
Məlumata görə, bu prosedur baş nazir Şeyx Hasinanın istefasından sonra müvəqqəti hökumətin formalaşdırılması üçün zəruridir.
“Prezidentin silahlı qüvvələrin rəhbərləri, müxtəlif siyasi partiyaların rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri və tələbə hərəkatı liderləri ilə görüşündən sonra verilən qərara əsasən, milli parlament buraxılıb”, – məlumatda deyilir.
KARUSEL / DÜNYA
Tarix: 6-08-2024, 14:05