“İşləməyə imkan vermirlər” - İranın yeni Prezidenti
İranın yeni Prezidenti Məsud Pezeşkian hakimiyyət daxilində müəyyən bir qruplaşmanın onu ləkələməyə çalışdığını və işləməyə mane olduğunu dilə gətirib.
"Ölkədə motivasiya yoxdur, bizə çalışmağa imkan vermir, oyuna buraxmırlar. Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər. Ona görə ki, bu kadrlar işə cəlb olunduqları halda sözügedən hakimiyyətdaxili qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər", - deyə, Pezeşkian bildirib.
Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır. O, ölkədə insanların çətinlik içərisində yaşadığını vurğulayıb: “Xalq bizim sözlərimizə inanmır. Çünki söz vermişik, amma yerinə yetirmirik . Xalq bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə görə bizdən narazıdır”.
İran Prezidenti HƏMAS liderinin ölkədə öldürülməsinə görə hökuməti tənqid edib. O, qeyd edib ki, hökumətin ayırdığı pulların hara getdiyi də bəlli deyil.("AzPolitika.info")
KARUSEL / DÜNYA
Tarix: 9-08-2024, 15:09