Yanvar-iyul ayları ərzində məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 2 faiz artıb
Bu ilin yanvar-iyul ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 64,6 milyon manat və ya 2 faiz artım qeydə alınıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 79,3 milyon manat və ya 7,5 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 220,1 milyon manat və ya 11,4 faiz artımla olub.
KARUSEL / SOSİAL
Tarix: 13-08-2024, 12:07