Naxçıvanda 6 minə yaxın mülkiyyət hüququnun qeydiyyatı aparılıb
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul aylarında Naxçıvanda daşınmaz əmlak üzərində 5947 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.
Yanvar-iyul aylarında fərdi yaşayış və bağ evi üzərində 2095, mənzil üzərində 969, torpaq sahəsi üzərində 2509, qeyri-yaşayış binası üzərində 90, qeyri-yaşayış sahəsi üzərində 261, əmlak kompleksi üzərində 22, çoxmənzilli yaşayış binası üzərində isə 1 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-08-2024, 18:02