mobil versiya

Livandan İsrailə 55 raket atılıb



Livan ərazisindən İsrailə 55 raketin atıldığı qeydə alınıb.
Bu barədə İsrail ordusunun mətbuat xidməti “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Livandan İsrail ərazisinə doğru uçan 55-ə yaxın mərmi qeydə alınıb. Bəziləri açıq ərazilərə düşüb, ölkənin şimalında çoxsaylı yanğınlara səbəb olub. Hazırda yanğınsöndürmə və xilasetmə xidmətləri hadisə yerində işləyirlər", - məlumatda bildirib.(report)
KARUSEL / DÜNYA
Tarix: 17-08-2024, 17:38