mobil versiya

Cennifer Lopez Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib






Cennifer Lopez Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib. Bu, Lopes üçün dördüncü, Afflek üçün isə ikinci evlilik idi.
ABŞ mediası sənətçi bunu avqustun 20-də - toylarının 2-ci ildönümündə edib. CeyLonun məhz bu tarixi seçməsi sual doğurub. 
Cütlüyün nikah müqaviləsi olmayıb. Sənədlərdə onların ayrılıq tarixi 26 aprel 2024-cü il göstərilib.

İndi onlar 2 illik nikah dövrü ərzində əldə olunmuş mülk və gəlirləri yarı bölməli olacaqlar.

2000-ci illərin əvvəllərində çılğın tabloid məşhur günlərində ilk dəfə görüşdükləri zaman "Bennifer" ləqəbli olan cütlük, təxminən iyirmi ildən sonra münasibətlərini yenidən alovlandırmışdı. C. Lopez və B. Afflek hələ 2000-ci illərdə tanış olub və əsas ulduz cütlüklərdən birinə çevrilib. 2003-cü ildə onlar planlaşdırılmış toyu gözlənilmədən təxirə salıblar və tezliklə ayrılıblar. Bundan sonra ayrı-ayrı insanlarla ailə həyatı qurublar: Lopez müğənni Mark Entoniyə ərə gedib, Afflek isə aktrisa Cennifer Qarnerlə evlənib. 2021-ci ildə onlar münasibətlərini bərpa ediblər, 2022-ci ildə isə nəhayət evləniblər.



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 21-08-2024, 10:59