mobil versiya

Vətəndaşlardan internet xidməti üzrə alınan artıq ödənişlər geri qaytarılmalı və tariflər əvvəlki qaydada tətbiq edilməlidir


Ölkədə internet tariflərinin bahalaşması ilə bağlı haqlı narazılıqlar davam edib.

Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz sözügüdən məsələyə sosial şəbəkə hesabında münasibət bildirib.

Beləliklə, O.Gündüz internetin bahalaşması, internet bağlantısından imtina və "Şərikli internet", Antiinhisarın bununla bağlı qərarından sonrakı vəziyyət və Starlink haqqında nə düşünür və nə təklif edir? 
1. Antiinhisarın məlum qərarı olmasına baxmayaraq Aztelekom dövlət şirkətinin, sektorun təbii inhisarçısının  yerli qovşaqları ödənişləri artıq yeni tariflər üzrə  tələb edirlər . Bununla bağlı ciddi narazılıqlar da müşahidə olunur.
2. Qanunvericiliyə görə Antiinhisar Dövlət Xidmətinin araşdırması əsasında inhisarçının haqsız olması sübuta yetirilərsə vətəndaşlardan internet xidməti üzrə alınan artıq ödənişlər geri qaytarılmalıdır və tariflər əvvəlki qaydada tətbiq edilməlidir.
Odur ki, müqavilə və ödəniş sənədlərini saxlamaq doğru olardı.
3. Yerlərdən daxil olan məlumatlar, sosial mediada yazılanlar onu göstərir ki regionlarda internetdən imtina edənlər və "Şərikli internet" ə üstünlük verən ailələr artıb.
Əlbəttə indiki halda ikincisi daha doğru seçim olardı. Burada hansısa qanun pozuntusu yoxdur.
Biz də yeni yüksək tariflərlə bağlı problemlə üzləşən regionlardakı vətəndaşlarımıza, yüksək sürətlərə və yüksək  ödənişə imkanı olmayanlara İnternetdən imtinaya deyil, "Şərikli internet"ə üstünlük verməyi tövsiyyə edirik.

4. Yeni ödənişlər üzrə xidmət alanlar 100 Mbit/s sürət əldə edə bilmədiklərini açıqlayırlar.
Bu, öncədən də bəlliydi. Aztelekom Delta-dan imtina edib , yeni magistral provayderə çevriləndən sonra belə bir infrastruktura sahib deyildi. 
Yəni necə deyərlər,  "çəkidə aldatmaq" davam edəcək.
Odur ki, istifadəçilərin bu faktları rəsmiləşdirərək Provayderə,  İKTA və Antiinhisara göndərməsi, sosial mediada ictimailəşdirməsi faydalı olardı.
İKTA -nın bununla bağlı faydalı bir E-şikayət sistemi də var.
5. Starlink peyk operatorunun ölkəmizdə fəaliyyətə başlaması istiqamətində RİNN və Azərkosmos-un addımları təqdirəlayiqdir. 
Hədsiz ucqar ərazilərə keyfiyyətli internet üçün bahalı infrastruktur qurmaq əvəzinə, alternativlərə üstünlük vermək məntiqlidir.
6. Sektorun tənzimləyici qurumu olan  İKTA hələ də internetin minimal tarif artımına, internet xidməti alanların seçim imkanlarının məhdudlaşdırılmasına və Antiinhisarın qərarına münasibət bildirməyib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-08-2024, 18:02