mobil versiya

“Aztelekom” 130 milyona 341 min evə internet çəkib? Ağlasığmazdır” –Ekspert etiraz edir



Aztelekom” açıqlayıb ki, 2022-ci ildə gəlirləri təxminən 107 milyon manat olub. Amma bu dövlət şirkəti həmin ili 26 milyon manat zərərlə başa vurduğunu da bildirib. Hansı ki, bu zərər əvvəlki ildən də 2.25 dəfə çoxdur”.

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Aztelekom”un açıqladığı məlumatı şərh edərkən bildirib.
Onun sözlərinə görə, “Aztelekom” xərclərin çoxluğunu və zərərini əsasən kadrların, əlavə işçi qüvvəsinin və ixtisaslaşmış texniki dəstək xidmətinin, həmçinin internet trafikin alışının artması ilə izah edib.

“Maraqlıdır ki, bu qədər vəsaitin qarşılığında həmin dövrdə cəmi 341 min evə GPON çəkilib. Belə çıxır ki, 341 min bağlantı üçün 130 milyon manatdan çox vəsait xərclənib. Bu ağlasığmazdır. Bu qədər vəsaitlə bağlantı qurulan evlərin sayı milyondan çox olmalıydı. Burada nəsə yanlışlıqlar var. Ümid edirəm Aztelekom dövlət şirkəti bu məsələyə aydınlıq gətirəcək“-deyə O.Gündüz bildirib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 27-02-2024, 16:23