İsmayıllıda selin bəzi yollarda yaratdığı fəsadlar aradan qaldırılıb
Yağan güclü yağış nəticəsində yaranan sel suları İsmayıllı rayonunun bir-neçə kəndinə gedən torpaq əsaslı və çınqıl örtüklü yollarda probelmlərə səbəb olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir ki, yağıntılar nəticəsində yaranmış problemlərlə bağlı ərazilərə xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Aparılan işlər çərçivəsində rayonun Zərnava, Müdri və digər kəndlərinə gedən yollarda sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, yollarda açılmış yarğanlar bərpa olunub, sıradan çıxmış küvetlər yenidən qurulub, zəruri ərazilərdə dəmir soötürücü borular quraşdırılıb.
Sözügedən yolların hər birində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
KARUSEL / ÖLKƏ
Tarix: 22-08-2024, 17:43