mobil versiya

"Aİ silah istehsalını artırmalı, müdafiədə daha güclü rol oynamalıdır" - Ursula fon der Leyen




Avropa İttifaqı geosiyasi təhdidlər, xüsusən də Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda öz silah istehsalı imkanlarını artırmaq üçün hələ kifayət qədər iş görməyib.

Bunu Komissiyanın sədri Ursula fon der Leyen Praqada keçirilən təhlükəsizlik konfransında GLOBESEC forumunda deyib: “Avropanı qorumaq ilk növbədə Avropanın vəzifəsidir. Və NATO bizim kollektiv müdafiəmizin mərkəzi olaraq qalmalı olsa da, bizim daha güclü Avropa sütununa ehtiyacımız var”.
O, həmçinin Avropanın bu onilliyin əvvəlində təhlükəsizliklə bağlı kifayət qədər işlər görməsinin illüziya olduğunu bildirib və əlavə edib ki, onilliyin ikinci yarısı yüksək riskli olacaq: Biz avropalılar ehtiyatlı olmalıyıq. Biz diqqətimizi etdiyimiz hər şeyin təhlükəsizlik ölçüsünə yönəltməliyik. Biz Birliyimizi mahiyyət etibarı ilə təhlükəsizlik layihəsi kimi düşünməliyik”.
KARUSEL / DÜNYA
Tarix: 30-08-2024, 17:32