Ələkbər Yasamallı bacısı oğlunun intiharından yazdı: "Kaş ki şəhid olardın" - FOTO
"Əsgər gəlməyini həsrətlə gözləyirdim ki, mənə qardaş olasan. Bilsəydim ki, bu gün faciəvi şəkildə öləcəksən sən əsgərlikdə olanda sənə şəhid olmaq arzu edərdim".
REPORTYOR.AZ xəbər verir ki, bu sözləri tanınmış meyxanaçı Ələkbər Yasamallı intihar edən bacısı oğlu haqqında yazıb:
"Kaş ki şəhid olardın. Girərdik Şəhidlər Xiyabanına. Baxardıq ki, 100-lərlə 1000-lərlə oğlan yatır orada. Amma o təsirli olardı. Vətən sağ olsun! Yenə də başımız sağ olsun! Dostlar sağ olsun! İnanma səndən sonra dayın sağ olsun".
Qeyd edək ki, ötən gün paytaxt sakini 1999-cu il təvəllüdlü Niftəliyev Şamxal Təbriz oğlu yaşadığı evdə özünü asıb.
Onu da qeyd edək ki, özünü asan Şamxal məşhur meyxanaçı Ələkbər Yasamallının bacısı oğludur və hərbi xidmətdən yeni qayıdıb.
KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 21-01-2020, 12:28