mobil versiya

"Green Hackathon" Proqramına start verilir




Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə "Green Hackathon" proqramına qeydiyyat yaxın günlərdə başlayır.

Bu barədə AİB Bakı ofisi məlumat yayıb.
Bildirilir ki, proqramın məqsədi yaşıl texnologiyalar, ağıllı kənd təsərrüfatı, yaşıl enerji, yaşıl iqtisadiyyat sahələrində, eləcə də müxtəlif ekoloji problemlərin həlli istiqamətində texnoloji həllərin formalaşmasına dəstək verməkdir. Yekunda uğur qazanan ideya müəllifləri akselerasiya proqramlarına qoşulmaq, eləcə də müxtəlif mükafatlar əldə etmək imkanı qazanacaq.

Proqram AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardım layihəsi çərçivəsində təşkil olunur. 

Texniki Yardım layihəsi Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır. 

KARUSEL / CƏMİYYƏT
Tarix: 23-09-2024, 10:32