mobil versiya

Ərəb Liqasına üzv ölkələr təcili toplantısı keçiriləcək




Ərəb Liqasının daimi nümayəndələr səviyyəsindəki Şurası cümə axşamı fövqəladə iclas keçirəcək.

Reportyor.az
ərəb mediasına istinadla xəbər verir ki, toplantıda ərəb ölkələrinin Livanla həmrəyliyi və İsrailin ona qarşı təcavüzünün ciddi nəticələrini, o cümlədən məcburi köçkünlərə və qaçqınlara yardım göstərilməsi müzakirə ediləcək.

Ərəb Liqasının baş katibinin köməkçisi səfir Hossam Zəki verdiyi açıqlamada görüşün İraqın tələbi ilə bir sıra ərəb dövlətlərinin dəstəyi ilə keçiriləcəyini bildirib.

Reportyor.az

KARUSEL / DÜNYA
Tarix: 2-10-2024, 17:34