mobil versiya

Bakıda fəaliyyət göstərən ictimai iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb



Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 14/16 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Oqtay Ələkbər oğluna məxsus “The Crown” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, həmçinin aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər aşkarlanıb.

Belə ki, iaşə obyektində idxal sağlamlıq aktı olmayan və saxtalaşdırma əlamətləri olan “Absolut Vodka” əmtəə nişanlı 2 ədəd 0.5 litrlik və 2 ədəd 0.7 litrlik, həmçinin idxal sağlamlıq aktı olmayan “Jack Daniels” əmtəə nişanlı 1 ədəd 3 litrlik spirtli içki məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ tələblərə uyğun olmayan saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq müsadirə edilib, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.


KARUSEL / CƏMİYYƏT
Tarix: 7-10-2024, 11:55