Bir əsrdən çox yaşı olan “Pirhəsənli” xalçası
“Pirhəsənli” xalçasının adı Ağsu rayonunun Pirhəsənli kəndindən götürülüb.
Təqdim olunan xalça üç zolaqlı yelən və mərkəzində şəkəri yerlikli böyük ölçülü göl yerləşdirilmiş sumağı rəngli ara sahədən ibarətdir. Bədii quruluşu Təbrizin “Ləçəkturunc” xalçasının kompozisiyasına uyğun olsa da, buta, quş, ləçək, budaq və digər həndəsiləşdirilmiş naxışlar üslub baxımından Şirvana məxsusdur. Künc hissələrdə diaqonal şəkildə yerləşdirilmiş dörd ədəd “buta” elementi xalçanın üzərindəki digər “buta” ornamentləri ilə müqayisədə orijinallığına görə seçilir. Xalçanın orta və baş hissələrində əbrəş müşahidə edilsə də, bu onun ümumi rəng ahəngdarlığını korlamır.
Xalça “Pirhəsənli”. Şirvan, Azərbaycan. Hicri 1331/1913-cü il.
Əriş, arğac, xov - yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-10-2024, 16:55