mobil versiya

ABŞ Prezidentinin baş müşaviri Azərbaycandadır



ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanda səfərdədir.


Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi “Facebook” səhifəsində paylaşım edib.
“Mən COP-dan (PreCOP) əvvəl görüşlər keçirmək və iki ölkə arasında ən mühüm iqlim məsələlərində əməkdaşlığı gücləndirmək üçün Azərbaycana gəlmiş ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı ürəkdən salamlayıram”, - paylaşımda ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözləri sitat gətirilir.

KARUSEL / SİYASƏT
Tarix: 9-10-2024, 13:09