Con Kerri Çinə səfərə gedəcək
ABŞ-ın Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, sabiq dövlət katibi Con Kerri iyulun 16-19-da Çinə səfər edəcək.
“Reuters” xəbərverirki, Kerri Çinin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi nümayəndəsi Se Çjenxua ilə görüşəcək.
Daha əvvəl Kerri jurnalistlərə Çinə gedə biləcəyini söyləmişdi. O demişdi ki, səfər zamanı metan emissiyalarının azaldılması, Çində kömürdən istifadənin azaldılması, eləcə də meşələrin qırılması ilə bağlı məsələləri müzakirə etmək istərdi.
Xatırladaq ki, iyunun 18-19-da ABŞ Dövlət katibi Antoni Blinken, iyulun 6-9-da maliyyə naziri Janer Yellen Çində səfərdə olub.
KARUSEL / DÜNYA
Tarix: 12-07-2023, 08:49