mobil versiya

Aşqabadda “Zamanların və sivilizasiyaların qarşılıqlı əlaqəsi – sülhün və inkişafın əsası” mövzusunda beynəlxalq konfrans işə başlayıb.




Bu gün paytaxtda Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun sədrliyi ilə “Zamanların və sivilizasiyaların qarşılıqlı əlaqəsi – sülhün və inkişafın əsası” Beynəlxalq Konfransı işə başlayıb.

Reportyor.az
xəbər verir ki, Forumda iştirak etmək üçün bir çox ölkənin rəhbərləri Türkmənistana gəlib.

Forum dahi türkmən şairi və filosofu Maqtımqulu Fraqinin 300 illik yubileyinin qeyd olunması ilə bağlı həm ölkədə, həm də onun hüdudlarından kənarda təşkil olunmuş çoxsaylı bayram tədbirlərini özündə əks etdirən geniş proqram çərçivəsində keçirilir. Beynəlxalq konfransın əsas məqsədləri Maqtimqulu Fraqinin klassik irsini təbliğ etmək, Şərq xalqlarının dilləri və ədəbiyyatları arasındakı əlaqəni, onun milli dövlətçiliyin inkişafındakı rolunu, humanist irsinin töhfəsini öyrənməkdir.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-10-2024, 10:41