"MDB-nin Aşqabadda keçirilən iclasında iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün razılıqlar əldə olunub" - Türkmənistan prezidenti
"Bu il MDB üçün əsas prioritetlərin və vəzifələrin icrası ilə əlamətdardır. Bu, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, iqtisadi tərəfdaşlığın dərinləşməsi və humanitar əlaqələrin genişləndirilməsidir".
Reportyor.az xəbər verir ki, bunu Türkmənistan dövlətinin başçısı Serdar Berdiməhəmmədov Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının Moskvada keçirilən iclasında çıxışı zamanı səsləndirib.
Prezident Serdar Berdiməhəmmədovun daha sonra qeyd edib ki, MDB Hökumət Başçıları Şurasının cari ilin mayında Aşqabadda keçirilən iclasında iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün razılıqlar əldə olunub, konkret vəzifələr qoyulub. Prioritetlərə nəqliyyat, enerji, sənaye əməkdaşlığı və bir sıra digər sahələr daxildir. Türkmənistan bu yanaşmanı tam dəstəkləyir.
Türkmənistan MDB ölkələrinin Xəzər dənizinin şərq sahili boyunca İrana və daha sonra Hind okeanının dəniz limanlarına çıxışı olan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsində əməkdaşlığına xüsusi əhəmiyyət verir. Bununla bağlı Türkmənistan dövlətinin başçısı layihədə iştirak edən ölkələr üçün vahid tarif, gömrük, viza və digər üstünlüklər barədə əsaslı müzakirələrə və razılaşmaya başlamaq təklifini səsləndirib.
Enerji sektorunda Türkmənistan bütün MDB və onun hüdudlarından kənarda enerji təchizatının həcminin və coğrafiyasının genişləndirilməsinin tərəfdarıdır. Söhbət həm xammal təchizatından, həm də elektrik enerjisindən gedir. Ölkəmiz MDB məkanında “yaşıl” iqtisadiyyatın fəaliyyət göstərməsi üçün şəraitin yaradılmasını, aşağı karbonlu enerjiyə əsaslanan iqtisadi və istehsalat klasterlərinin formalaşdırılmasını çox mühüm əməkdaşlıq sahəsi hesab edir.
“Türkmənistan oktyabrın 11-də Aşqabadda Maqtımqulu Fraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş qarşıdan gələn Beynəlxalq Forumda Birlik ölkələrinin yüksək nümayəndə heyətlərinin iştirakını yüksək qiymətləndirir”, - deyə Prezident Serdar Berdiməhəmmədov bununla bağlı səmimi minnətdarlığını bildirib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-10-2024, 14:21