mobil versiya

390 nəfərdən ibarət 158 cinayətkar qrup polis əməkdaşları tərəfindən zərərsizləşdirilib



2024-cü ilin 9 ayının yekunlarına görə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 24586 cinayətin 89,8 faizi açılıb.

Reportyor.az
xəbər verir ki, bu barədə bu barədə Daxili İşlər Nazirliyində (DİN) COP29 ilə əlaqədar keçirilən Kollegiya iclasında bildirilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər, qəsdən adam öldürmələr və ona cəhdlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, soyğunçuluqlar, informasiya texnologiyalarından istifadə edilməklə və qrup halında törədilənlər, yetkinlik yaşına çatmayanların və əvvəllər məhkum olunmuşların hüquqazidd əməlləri, ailə münaqişəsi zəminində baş verənlərin sayı bütövlükdə 2192 fakt azalıb.

Bu ilin 9 ayında axtarışa elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub, habelə ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 4 ton 81 kiloqram narkotik vasitə çıxarılıb və bu əməllərə görə 5735 nəfər saxlanılıb.

KARUSEL / HADİSƏ
Tarix: 17-10-2024, 16:28