Doqquz ayda 56 mindən çox ipoteka müqaviləsi qeydiyyata alınıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində 269 min 702 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bu göstəricinin 44 min 462-si (16,5 faiz) ilkin, 225 min 240-ı isə (83,5 faiz) təkrar qeydiyyatın payına düşür.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 71 min 843-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Yanvar-sentyabr aylarında 203 min 56 texniki pasport tərtib edilib, 56 min 730 ipoteka müqaviləsi qeydiyyata alınıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-10-2024, 11:19