mobil versiya

Pakistan sərhədində silahlıların hücumu nəticəsində 10 polis həlak olub





Pakistan Talibanının üzərinə götürdüyü hücumda Əfqanıstanla sərhəd yaxınlığındakı keçid məntəqəsində 10 polis güllələnib.

Reportyor.az
xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən yüksək rütbəli kəşfiyyatçı xarici mediaya bildirib

Deyib ki, güclü atışma bir saata yaxın davam edib. Hücum zamanı Sərhəd Konstabulunun 10 əməkdaşı şəhid olub, 7-si yaralanıb.

Təxminən 20-25 yaraqlı Xayber Paxtunxva əyalətinin cənub-qərbindəki Dera İsmayıl Xan rayonunda polisə yardım edən Sərhəd Konstabulunun postuna ağır hücuma keçib.

Pakistan Talibanı hücumu öz üzərinə götürüb.

Pakistanda 2021-ci ildə Əfqanıstan Talibanının hakimiyyətə qayıtmasından sonra ekstremizmdə artım müşahidə olunur, hərəkatın Pakistan bölməsi əsasən təhlükəsizlik qüvvələrini hədəf alan hücumlar həyata keçirir.

Bölgədə polis mütəmadi olaraq ekstremistlərin hədəfində olur.
KARUSEL / DÜNYA
Tarix: 25-10-2024, 09:50