mobil versiya

Fransa millisində son 40 ilin rekordu




Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabio UEFA Millətlər Liqasında İtaliya ilə matçda erkən qol vurub. “Marsel”in futbolçusu oyunun 59-cu saniyəsində hesabı açıb.

Reportyor.az “Opta”-ya istinadən xəbər verir ki, bu qol Fransa yığmasında son 40 ildə rəsmi səfər matçlarında (1984-cü ilin oktyabrında Patrik Battistonun Lüksemburq millisinin qapısına vurduğu qoldan sonra) ən erkən vurulan qol olub.
İtaliya – Fransa matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:15