mobil versiya

Aİ Rusiyaya verdiyi dəstəyə görə İrana qarşı sanksiyaları genişləndirir





Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsinə verdiyi dəstəyə görə İrana qarşı sanksiyaları genişləndirib, o cümlədən pilotsuz təyyarələr və raketlərin ötürülməsi üçün istifadə olunan gəmi və limanları hədəfə alıb.

Reportyor.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər nazirlərinin Brüsseldə görüşü zamanı verilən bəyanatda deyilir.

Bildirilir ki, 27 dövlətdən ibarət blok “İran PUA-larının və ya raketlərinin və ya əlaqəli texnologiya və komponentlərin Rusiyaya ötürülməsi üçün istifadə olunan” limanlarla hər hansı əməliyyatı qadağan etməyə razılaşıb.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:47