mobil versiya

Aİ Rusiya üçün ballistik raketlərə görə İrana sanksiya qoyub



Avropa İttifaqı Tehranın Ukraynaya qarşı istifadə üçün Rusiyaya raket və pilotsuz təyyarələr təhvil verməsinə cavab olaraq, üç aviaşirkət də daxil olmaqla, İranın tanınmış rəsmiləri və qurumlarına qarşı sanksiyalar tətbiq edib.

Reportyor.az
xəbər verir ki, xarici işlər nazirləri İran Hava Yolları, Saha Hava Yolları və Mahan Air, müdafiə nazirinin müavini və İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin yüksək rütbəli rəsmiləri də daxil olmaqla 14 hüquqi və fiziki şəxsə qarşı sanksiyaları təsdiqləyiblər.
KARUSEL / DÜNYA
Tarix: 14-10-2024, 15:46