mobil versiya

İsrailin baş diplomatı Aİ-nin İrana qarşı sanksiyalarını zəruri addımlar kimi alqışlayır



İsrailin xarici işlər naziri Gidon Saar Avropa İttifaqının İrana qarşı sanksiyaları genişləndirmək qərarını alqışlayaraq, bunu İrandan gələn təhdidlərlə mübarizə üçün “lazımlı” adlandırıb.

Reportyor.az xəbər verir ki, bu barədə Saar sosial platformada yazıb: "İranın Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyinə görə tətbiq etdiyi Avropa İttifaqının bazar ertəsi elan etdiyi yeni sanksiyalar “ən böyük təhlükə olan İran təhlükəsi ilə beynəlxalq ictimaiyyətin mübarizəsində zəruri addımlardır. Avropa İttifaqının xarici işlər nazirlərinin dünən İran rejiminə qarşı sərt sanksiyalar tətbiq etmək qərarını alqışlayıram. Bu sanksiyalar İranın raket və pilotsuz təyyarələrinin istehsal proseslərinə zərər verəcək, İran silahlarının gəmilərdə münaqişə zonalarına paylanmasını çətinləşdirəcək və Ayətullah rejiminə iqtisadi təzyiqi artıracaq”.

Aİ Tehranın bölgəyə pilotsuz təyyarələr və raketlər ötürmək üçün istifadə etdiyi gəmiləri və limanları hədəf almaq üçün artıq mövcud sanksiyaları genişləndirəcəyini bildirib.

Qərar verilən addımlar arasında 27 ölkəni əhatə edən blok raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün istifadə olunan komponentlərin ixracını, təhvilini, tədarükünü və ya AB-dən İrana satışını qadağan edəcəyini bildirib.


KARUSEL / DÜNYA
Tarix: 19-11-2024, 13:39