Kreml Rusiyanın Baltik dənizi kabellərinin kəsilməsi ilə bağlı deyilənləri rədd edir
Kreml Baltik dənizinin altından keçən telekommunikasiya kabellərinin kəsilməsi ilə bağlı təklifləri absurd və gülünc adlandırıb.
Reportyor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
“Heç bir əsas olmadan Rusiyanı hər şeydə günahlandırmaq tamamilə absurddur. Bu, Ukraynanın Baltik dənizindəki təxribat fəaliyyətinə heç bir reaksiyanın olmaması kontekstində gülüş doğurur”.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 13:32