“Şimal-1” ES-də istehsal olunan enerjinin miqdarı açıqlanıb
2024-cü il l noyabrın 1-dək “Şimal-1” Elektrik Stansiyasında istismara verildiyi tarixdən 51,52 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.
Reportyor.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.
“Şimal-1” Elektrik Stansiyası 22 il öncə - 2002-ci il 29 noyabr tarixində istismara verilib.
Gücü 265 meqavat olan 1 ədəd qaz turbini və gücü 135 meqavat olan 1 ədəd buxar turbinindən ibarət buxar-qaz tipli stansiyanın ümumi qoyuluş gücü 400 meqavat təşkil edir.
Qeyd edək ki, ölkənin ikinci böyük elektrik stansiyası olan “Şimal-1” Elektrik Stansiyası Bakının 40 faizdən çox ərazisini elektrik enerjisi ilə təchiz edir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 29-11-2024, 10:54