“Çağrı Mərkəzi”nə noyabr ayı ərzində 535 zəng daxil olub
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (0125997975) 2024-cü ilin noyabr ayı ərzində 535 zəng daxil olub.
Reportyor.az xəbər verir ki, zəng edən vətəndaşların 263 nəfərinin müraciəti yerindəcə, 177 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 90 müraciət digər qurumlara yönləndirilib.
Bundan başqa, bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda baş vermiş problemlərlə bağlı 5 zəng qəbul olunaraq, dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:12