Gələn il musiqi, incəsənət məktəblərində çalışan 4100 müəllimin attestasiyadan keçirilməsi planlaşdırılır
Ölkədə minlərlə adam musiqi müəllimi vəzifəsini daşıyır və Musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi onların hamısına aiddir: mənim öz təhsilim də musiqi ilə bağlı olduğu üçün bu sahə ilə yaxından tanışam. Müəllimlərin bacarıqlarını qiymətləndirmək, əlbəttə, təbii haldır”.
Bunu Muzey Mərkəzində musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı keçirilən brifinqdə Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov deyib.
Daha sonra çıxış edən Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, 2025-ci ildə Bakı, Abşeron-Xızı, Şirvan-Salyan, Mil-Muğan və Quba-Xaçmaz idarələri üzrə 4100 müəllimin attestasiyadan keçirilməsi planlaşdırılır:
"Attestasiya prosesi ilk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə olacaq. Attestasiya fevral ayının 3-dən başlayacaq. Fortepiano üzrə təhsilalanlar və təhsil verənlərin sayı çoxluq təşkil etdiyi üçün ilkin olaraq həmin ixtisas üzrə olacaq. 2025-ci ilin sonunda bu ərazilərdə attestasiya prosesi yekunlaşacaq. 2026-cı ildə isə digər bölgələrin idarələri üzrə attestasiya prosesinin keçirilməsi planlaşdırılır. Beləliklə, 2026-cı ildə respublika üzrə tam yekunlaşdırılması nəzərdə tutulub".(apa)
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-12-2024, 12:54