Feridun Sinirlioğlu ATƏT-in yeni Baş katibi seçilib
Türkiyənin sabiq xarici işlər naziri və BMT-dəki keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni Baş katibi seçilib.
Xarici KİV-ə istinadən Reportyor.az xəbər verir ki, bu barədə təşkilatın hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq məlumat verib.
“ATƏT-in yeni rəhbərliyini təbrik edirik. Feridun Sinirlioğlu (Türkiyə) – Baş katib, Mariya Telalian (Yunanıstan) – Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) – ATƏT-in milli azlıqlar üzrə ali komissarı, Yan Bratu (Norveç) – media azadlığı məsələləri üzrə nümayəndə”, – deyə Y.Borq özünün “X” sosial media səhifəsində yazıb.
Məlumata görə, bu qərar ATƏT-in 31-ci Nazirlər Şurasının 5-6 dekabr tarixlərində Maltada keçirilən iclasında Şimali Amerika, Avropa və Asiya qitələrindən olan 57 iştirakçı üzv dövlətin razılığı ilə qəbul edilib.
Qeyd edək ki, ATƏT-in Baş katibi üzv ölkələr tərəfindən 3 illik müddətə seçilir.
KARUSEL / DÜNYA
Tarix: 6-12-2024, 18:04