“YAŞAT” Fonduna 285 min 868 müraciət daxil olub
Dörd il ərzində “YAŞAT” Fonduna 285 min 868 müraciət daxil olub. Müraciətlərin 77.1 faizi müalicə və psixoloji dəstək xərclərinin qarşılanması, 17.8 faizi məişət şəraitinin yaxşılaşdırılması, 3.2 faizi istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması, 1.9 faizi təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı ilə bağlı olub.
Bu barədə YAŞAT” Fondunun 4 illik fəaliyyətinə dair mətbuat konfransında “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov məlumat verib.
“Dörd il ərzində məişət şəraitinin yaxşılaşdırılması üzrə 42 milyon 245 min 250 manat, müalicə və psixoloji dəstək xərclərinin qarşılanması üzrə 32 milyon 426 min 693 manat 48 qəpik, istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması üzrə 7 milyon 11 min 408 manat 82 qəpik, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üzrə 3 milyon 528 min 136 manat 58 qəpik vəsait xərclənib”, - deyə E.Hüseynov bildirib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 9-12-2024, 12:37