DSMF-nin xərcləri bu il artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 11 ayında proqnozla müqayisədə 4 faiz və ya 233 mln. manat çox olmaqla 6 mlrd. 288 mln. manat təşkil edib.
Reportyor.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Qeyd edilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 4 faiz və ya 211 mln. manat artaraq 5 mlrd. 124 mln. manat olub.
"Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 6 mlrd. 299 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 743 mln. manat çoxdur", - deyə məlumatda bildirilib.
KARUSEL / SOSİAL
Tarix: 11-12-2024, 11:08