Ərdoğan üçün 15 günlük yüksək təhlükəsizlik tədbirləri başladılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 gün ərzində Dəməşqə səfər edəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Suriyaya səfər edəcək Ərdoğan üçün artıq indidən yüksək təhlükəsizlik tədbirləri istiqamətində işlərə başlanılıb. Qeyd olunur ki, Hama, Homs və İdlib xətti boyunca qurudan və havadan “təhlükəsiz zona” yaradılacaq.
Bildirilib ki, Türk Hava Yollarından (THY) bir qrup Dəməşq, sonra isə Hələb Beynəlxalq Hava Limanına gələrək orada yoxlamalar aparıblar.
Dəməşqdəki mənbələr də Ərdoğanın qarşıdakı 15 gün ərzində Əməvi məscidini ziyarət edə biləcəyini, burada HTŞ lideri Colani ilə və Suriya türkmənləri ilə görüşəcəyini bildiriblər. (“AzPolitika.info”)
KARUSEL / DÜNYA

Tarix: Bu gün, 11:28