ABŞ Maliyyə Nazirliyinin sanksiyalar ofisi Çin hökuməti tərəfindən sındırılıb
ABŞ Maliyyə Nazirliyinin sanksiyalar ofisi Çin hökuməti tərəfindən sındırılıb.
Reportyor.az xəbər verir ki, bu barədə Washington Post qəzeti adı açıqlanmayan rəsmilərə istinadən xəbər verib.
Departament bu həftənin əvvəlində millət vəkillərinə göndərdiyi məktubda Çin dövlətinin maliyyələşdirdiyi hakerlərin Xəzinədarlığın "böyük hadisə" adlandırdığı sənədləri oğurladığını bildirib.
Qəzet bildirir ki, Pekin Vaşinqtonun yeni sanksiyalar üçün potensial hədəf olaraq kimi nəzərdən keçirdiyi barədə məlumat əldə edib. Qeyd olunub ki, Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) və maliyyə nazirinin ofisinə edilən hücum Pekinin hakimiyyət və nüfuz uğrunda mübarizədə ən önəmli rəqibi haqqında kəşfiyyat məlumatları əldə etmək qətiyyətini əks etdirir.
Adlarını açqılamayan rəsmilər deyib ki, hətta məxfi olmayan sənədlərə çıxış əldə etmək Çin üçün əvvəlki kimi faydalı ola və edilən bu haker hücumu ilə Çin Amerika hökuməti daxilində sanksiyalarla bağlı aparılan müzakirələr haqqında məlumat əldə edə bilər.
KARUSEL / DÜNYA
Tarix: 2-01-2025, 12:13