mobil versiya

Azərbaycanın üç gəmisinin girov götürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA



Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülməsi məsələsi ilə bağlı xəbərə aydınlıq gətirib.

Agentliyin mətbuat katibi Pərvanə İmanova bildirib ki, 2024-cü ilin 7 noyabr tarixində"Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA -nə məlumat daxil olub.
"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib", - deyə o qeyd edib.
Xatırladaq ki, daha öncə yayılan məlumatlara görə, Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılıb.(trend)


KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 10:39