mobil versiya

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alınıb



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi - AQTA tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.

Reportyor.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Ticarət şəbəkələrində satılan bal məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən etmək üçün 50 bal məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticəsinə əsasən, 23 bal məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb. 9 istehsalçıya məxsus 27 bal məhsulu partiyasında uyğunsuzluqlar müəyyən edilib.

Aşkar edilmiş uyğunsuzluqlarla bağlı istehsalçı müəssisələrdə plandandankənar yoxlama keçirilib və məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərarlar qəbul olunub. Eyni zamanda həmin müəssisələrdən 2-də məhsulların etiket məlumatlarında nöqsan aşkar edildiyinə görə sahibkarlar inzibati məsuliyyətə cəlb edilib. Aparılan nəzarət tədbirləri zamanı müvafiq rəy əsasında istehlaka yararsız 1560 kq bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya və məhv edilib. Bu istiqamətdə araşdırmalar davam etdirilir.

Uyğunsuzluq aşkarlanan bal məhsulları, istehsalçılar və istehlaka yararsız məhsul partiyaları ilə bağlı məlumatla aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

Məhsulun adıMəhsulun
istehsalçısı
Məhsul partiyası/ istehsal və son istifadə tarixi
Yerli istehsal
  1.  
"Pətək Süzmə" əmtəə nişanlı balFiziki şəxs Məmmədəliyev Əli Teymur oğlu
 
01.05.2024−01.05.2026,
01.10.2023−01.10.2025
  1.  
"Мёд Натуральный" əmtəə
nişanlı bal
iyun 2023−iyun 2025
  1.  
"Al Dad" əmtəə nişanlı bal01.10.2023−01.10.2025,
01.01.2024−01.01.2026,
01.05.2024−01.05.2026
  1.  
"Şah Bal" əmtəə nişanlı bal01.01.2024−01.01.2025,
01.05.2024−01.05.2026,
01.06.2024−01.06.2026
  1.  
"Kəpəz Bal" əmtəə nişanlı bal01.05.2024−01.05.2025
  1.  
"Gədəbəy" əmtəə nişanlı bal01.02.2023−01.02.2025
01.10.2023−01.10.2025
  1.  
"Daşkəsən" əmtəə nişanlı təbii çiçək bal01.05.2024−01.05.2026
  1.  
"Мёд Ивановка" əmtəə nişanlı bal01.05.2024−01.05.2026
  1.  
"Bal Kəndimiz" əmtəə nişanlı bal01.10.2023−01.10.2024
  1.  
"Bal İvanovka" əmtəə nişanlı bal01.01.2024−01.01.2026
  1.  
"Daşkəsən" əmtəə nişanlı təbii
cökə balı
01.10.2023−01.10.2025
  1.  
"Mastero" əmtəə nişanlı bal"Kercom" MMC15.02.2024−15.02.2026
  1.  
"Abad" əmtəə nişanlı çiçək balı01.09.2024
  1.  
"Ordubad" əmtəə nişanlı balFiziki şəxs
Əliyev Əkrəm
Dünyamalı oğlu
27.09.2022-27.09.2024
  1.  
"Təbii Biyan" əmtəə nişanlı balFiziki şəxs Məmmədov Ehtiram Məmkişi oğlu05.07.2024−05.07.2026
  1.  
"MЁД" əmtəə nişanlı bal“Ülsal” MMC01.02.2024−01.10.2026
  1.  
"Qarabağlı" əmtəə nişanlı
süzmə bal
"Zəngəzur Group" MMC15.12.2023−01.07.2025
  1.  
"Saf Bal" əmtəə nişanlı təbii dağ şan balıFiziki şəxs Məmmədov Cəmil Gəncəli oğlu05.01.2024−05.01.2026
  1.  
"Saf Bal" əmtəə nişanlı təbii dağ cökə balı10.04.2023−10.04.2025
  1.  
"Lerik" əmtəə nişanlı balFiziki şəxs Rəhimova Mətanət Tofiq qızımay 2023−may 2026
  1.  
"Ümid" əmtəə nişanlı çiçək balı“Natiq Canhəsənli” firması20.09.2023−20.09.2025
  1.  
"Tamlı Bal" əmtəə nişanlı təbii balFiziki şəxs Vəliyev Zakir Mamoş oğlu12.01.2022−12.01.2027
 
Aşkar olunan uyğunsuzluqlar əsasən bal məhsullarının təbii olmadığını və keyfiyyətinin aşağı olduğunu, həmçinin tələblərə uyğun saxlanılmadığını göstərir.



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 18:11