mobil versiya

Üzeyir” şadlıq sarayında nöqsanlar aşkarlandı, möhürləndi



Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 105 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ələkbərov Allahverdi Abbas oğluna məxsus “Üzeyir” şadlıq sarayında yoxlama həyata keçirilib.

Reportyor.az xəbər verir ki, yoxlama zamanı müəssisədə normativ sənədlərin tələblərinə əməl olunmadığı, həmçinin, emal prosesində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, istifadə olunan suyun filtirasiyadan keçirilmədiyi, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, sanitar qovşağın birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, yuyucu və dezinfeksiyaedici maddələrin saxlanması üçün ayrıca sahə və ya dolabların mövcud olmadığı, emal sahəsində və qabyuma bölümündə divar və tavanın tamlığının pozulduğu və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı zəruri tədbirlər görülüb, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:57