mobil versiya

Gürcüstanın Baş naziri: "Biz bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq"



"Bizim təkbətək görüşümüzdə ikitərəfli münasibətlərimizin maraqlı müzakirəsi oldu. Biz regionda cərəyan edən prosesləri və qlobal hadisələri müzakirə etdik".

Reportyor.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze dövlət başçısı ilə mətbuata birgə bəyanatında bildirib.

"Əlbəttə, bütün bu proseslərin bizim ölkələrə təsiri var, bu, bizim siyasi mövqeyimizə də təsir edir. Vacib məqam ondan ibarətdir ki, biz hər bir çağırışla bağlı birlikdə çalışmalıyıq. Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Bir daha Sizi əmin etmək istəyirəm ki, biz bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq".
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 17:04