Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün vaxtı və yeri barədə razılaşma yoxdur
Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh müqaviləsi ilə bağlı danışıqlar aparırlar.
Reportyor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, XİN rəhbərlərinin növbəti görüşünün vaxtı və yeri barədə razılaşma yoxdur.
"Sülh müqaviləsi ilə bağlı proses 2025-ci ildə də davam etdiriləcək. Ermənistandan ciddi əməli addımlar gözləyirik", - nazir deyib.
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 13:08