mobil versiya

Milli Xalça Muzeyi uşaqlar üçün qış tətili proqramı təşkil edir



Əziz uşaqlar, bu dəfə qış tətilinizi tam fərqli keçirmək istəyirsinizsə, Azərbaycan Milli Xalça Muzeyinə gəlin!

28 yanvar – 1 fevral tarixlərində Azərbaycan Milli Xalça Muzeyində məktəbəqədər yaşlı uşaqlar və məktəblilər üçün qış tətili proqramı təşkil olunacaq.

Reportyor.az muzeyə istinadla proqramı təqdim edir.

28 yanvar (7+) (12:00, 14:00, 16:00)
 “Uçan xalça” marionet tamaşası
 Ekskursiya 
Toxuculuq sənətinin sirləri
“Şəddənin toxunması” ustad dərsi

30 yanvar (3+) (12:00, 14:00, 16:00)
 “Şəngülüm, Şüngülüm, Məngülüm” marionet tamaşası
Ekskursiya
Rəngləmə “Milli geyim”
“Yumşaq oyuncaq” ustad dərsi

31 yanvar - 1 fevral (7+) (12:00, 14:00, 16:00)
 “Uçan xalça” marionet tamaşası
 Ekskursiya
  Bərpaçılığın sirləri
 “Suvenir xalça” ustad dərsi

 Bilet: 15 AZN (yalnız tətil həftəsi tamaşalar pulsuzdur)
Öncədən yazılmaq mütləqdir!


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 13:59