mobil versiya

Göyçayda tələbələrin zəhərlənmə şübhəsi ilə əlaqədar araşdırmalar aparılır




Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin 5 qız tələbəsi zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına müraciət edib.


Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş olduğuna görə ambulator müalicə üçün evə buraxılıblar.
Kollec rəhbərliyindən verilən məlumata görə, tələbələrin səhhəti tam bərpa olunub və onlar bu gün keçirilən imtahanlarda iştirak ediblər.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.(azərtac)

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:48