Tramp neçə azərbaycanlını ABŞ-dan deportasiya edir?
ABŞ immiqrasiya agentliyi deportasiya ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib.
Reportyor.az Haqqın.az-a istinadən bildirir ki, xarici KİV-lərin məlumatına görə, onların arasında Azərbaycan vətəndaşları da var.
Siyahıya digərləri ilə yanaşı, 709 azərbaycanlı, 3103 Türkiyə vətəndaşı, 3518 rus, 2808 erməni və 1862 ukraynalı daxildir.
Türkiyə vətəndaşları tərəfindən Meksika-Amerika sərhədini qeyri-qanuni keçmə hallarının artması 2022-ci ildə baş verib və o zaman Amerika televiziya kanalı News Nation tərəfindən işıqlandırılıb.
Sosial şəbəkələrdə Amerika immiqrasiya agentliyinin keçmiş sovet ölkələrinə, 845-ni isə Yuqoslaviyaya deportasiya etməyi planlaşdırdığı 337 qeyri-qanuni immiqrant da diqqət çəkib.
Eyni zamanda, öz ölkələrinə geri göndərilməsi planlaşdırılan miqrantların ən çoxu Latın Amerikası ölkələrinin – Honduras, Qvatemala, Meksika və El Salvador vətəndaşlarıdır. Siyahıya həmçinin 37 908 Çin vətəndaşı və 17 940 Hindistan vətəndaşı daxil edilib.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 15:18