Azərbaycan səfiri etimadnaməsini Niderland Kralına təqdim edib
Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə etimadnaməsini Niderland Kralı Villem-Aleksandra təqdim edib.
Reportyor.az xəbər verir ki, bu barədə "Azərtac"a səfirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq imkanları, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Regional vəziyyətlə bağlı mövzular da diqqət mərkəzində olub. Azərbaycan diplomatı ölkəmizin ərazi bütövlüyünün bərpası fonunda bir sıra Qərb ölkələrində Azərbaycana qarşı qərəzli kampaniya, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair ölkəmizin mövqeyi haqqında məlumat verib.
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 15:36