mobil versiya

Fələstin səfiri Hikmət Hacıyevlə vida görüşü keçirib


Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasser Abdul Kərim ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə vida görüşü baş tutub.

Reportyor.az xəbər verir ki,  bu barədə Fələstin səfirliyi sosial şəbəkə hesabında məlumat yayıb.

Səfir N.A. Kərim Azərbaycan Respublikasında diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar göstərilən səmimi qəbula görə H. Hacıyevə öz təşəkkürünü bildirib.
Görüş zamanı həmçinin iki dost ölkə, Fələstin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.


KARUSEL / SİYASƏT
Tarix: Dünən, 18:27