mobil versiya

Misli Premyer Liqasında XXVI tur başa çatır


Misli Premyer Liqasında XXVI tura bu gün yekun vurulacaq.

Reportyor.az xəbər verir ki, əvvəlcə meydana “Sumqayıt” və “Kəpəz” komandaları çıxacaqlar. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da başlayacaq. 22 xalı olan kollektivlər müvafiq olaraq, 8-9-cu yerləri bölüşürlər.

Günün son matçında “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. “Neftçi Arena”da təşkil olunacaq oyun saat 19:30-da start götürəcək. “Ağ-qaralar” 27 xalla 7-ci, bölgə təmsilçisi 42 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl baş tutan qarşılaşmalarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə üstələyib.


KARUSEL / İDMAN
Tarix: 10-03-2025, 10:52