mobil versiya

Səudiyyə Ərəbistanındakı müəssisələrin 97,7% internetə çıxış əldə edib






Baş Statistika Qurumunun (GASTAT) 2023-cü il üçün İnformasiya və Kommunikasiya Texnologiyalarına (İKT) Giriş və İstifadə Statistikası üzrə hesabatına əsasən, Səudiyyə Ərəbistanında müəssisələrin 97,7%-nin internetə çıxışı var

Krallığın yerli mediasıının xəbərinə görə, hesabatda həmçinin göstərilib ki, müəssisələrin 91,3%-i elektron dövlət xidmətləri, o cümlədən məlumatların əldə edilməsi və yüklənməsi, habelə dövlət qurumları ilə elektron əməliyyatların həyata keçirilməsi üçün internetdən istifadə edib. Müəssisələr arasında sosial mediadan istifadə 57,7% təşkil edib. 

GASTAT-ın məlumatına görə, Səudiyyə müəssisələrində İKT-yə çıxış və istifadə ilə bağlı sorğu Krallığın rəqəmsal transformasiya məqsədlərinə dəstək verən və qlobal rəqabət qabiliyyətini artıran beynəlxalq standartlara uyğun etibarlı məlumatlar təqdim edir. Sorğu məlumatların dəqiqliyini və keyfiyyətini təmin etmək, həm milli, həm də beynəlxalq səviyyədə rəqəmsal transformasiya tələblərinə uyğunluğunu gücləndirmək üçün vahid qlobal standartlara riayət edir.

Reportyor.az




KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-08-2025, 14:35