İsveç Əfqanıstana 6,4 milyon dollar yardım vəd edib

Əfqanıstan üçün Xüsusi Etimad Fondu (STFA) İsveçin ölkəyə 6,4 milyon dollar yardım etdiyini açıqlayıb.
STFA Facebook paylaşımında yardımın təxminən 60 milyon İsveç kronuna bərabər olduğunu qeyd edib.
Mənbələr yardımın məcburi köçkünlərin iqtisadi və iqlim dəyişikliyinə davamlılığını dəstəkləyən vacib xidmətlərin genişləndirilməsinə kömək edəcəyini bildirir.
Bir neçə gün əvvəl STFA həmçinin İtaliyadan 2,4 milyon avro yardım aldığını bildirmişdi.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-01-2026, 09:51



























